XƏBƏRLƏR / Terror

Türkiyə Ordusui İraq və Suriyada 13 terrorçunu öldürdü

Məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb

Türkiyə Ordusui İraq və Suriyada 13 terrorçunu öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 13 silahlısını öldürüb.

    "TRTHaber”ə görə, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

    Bildirilib ki, İraqın şimalında “Pence” və “Pençe-Kilit“ əməliyyatı nəticəsində 10 terrorçu, Suriyanın şimalında “Zeytun budağı” (“Zeytun dalı”) əməliyyatında isə 3 PKK/YPG-çi öldürülüb.

    Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı davam edir.