XƏBƏRLƏR / Terror

Türkiyənin beş şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib

18 nəfər həbs olunub

Türkiyənin beş şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Kocaeli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb. Onlardan 18-i isə məhkəmənin qərarı ilə həbs olunub.

    Ayrı-ayrı ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapança, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.