XƏBƏRLƏR / Terror

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib

10 İŞİD üzvü saxlanılıb

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəddən kənarda İŞİD-ə qarşı əməliyyat keçirib.

    "TRT haber"ə görə, MİT-in Suriyada Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində "qırmızı bülleten"lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb.

    Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib.

    Qeyd olunub ki, əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.