XƏBƏRLƏR / Terror

Ərdoğan: Türkiyə təxribatlara dözməyəcək!

Bunu Türkiyə Prezidenti ROKETSAN istehsalat müəssisələrinin açılışında deyib

Ərdoğan: Türkiyə təxribatlara dözməyəcək!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Türkiyə təxribatlara dözməyəcək!"

    Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ROKETSAN istehsalat müəssisələrinin açılışı, kütləvi istehsalın təchizatı və təməlqoyma mərasimində İstanbulda İsrailin Baş konsulluğuna silahlı hücumdan danışarkən bildirib.

    Atışmanı pisləyən Ərdoğan deyib ki, Türkiyədəki etimad atmosferinin məqsədyönlü təxribatlarla pozulmasına imkan verməyəcəklər.

    Onun sözlərinə görə, atışma vaxtı üç terrorçu zərərsizləşdirilib, iki polis yüngül xəsarət alıb.

    Türkiyə Prezidenti qeyd edib ki, hadisə ilə bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat orqanları araşdırma aparır.