XƏBƏRLƏR / Terror

Kiyevdə terrorçu yoldan keçənləri güllələyib: 6 ölü

Terrorçu sosial mediada Ukrayna əleyhinə və antisemitizm xarakterli yazılar dərc edib

Kiyevdə terrorçu yoldan keçənləri güllələyib: 6 ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna paytaxtının Qolosiyevski rayonunda bir kişi avtomatik silahla yoldan keçənlərə atəş açıb.

    Daha sonra o, super-marketə daxil olub və ordakı alıçıları girov götürüb, lakin heç bir tələb irəli sürməyib. Sonra o alıcılardan birini qətlə yetirib. Terrorçu ilə 40 dəqiqəlik danışıqlar nəticə verədiyindən, xüsüsi xodmət əməkdaşları onu zərərsizləşdirib.

    Son məlumatlara görə, altı nəfər ölüb, 14 nəfər yaralanıb.

    Ukrayna Təhlükəsizlik Xidməti işi ölümlə nəticələnən terror aktı kimi araşdırır.

    Hücumdan əvvəl atıcı yaşadığı mənzilini yandırıb.

    Toronto Televiziyasının məlumatına görə, Kiyevdə insanları güllələyən terrorçu təqaüddə olan hərbçi idi və Ukrayna əleyhinə baxışlara malik idi.

    OSINT departamentinin məlumatına görə, Dmitri Vasilçenkov Moskvada anadan olub, Ukrayna vətəndaşlığına malik olub, Baxmutda yaşayıb və hücumu həyata keçirən Kiyevə köçməzdən əvvəl qısa müddət Rusiyada yaşayıb. 

    Sosial mediada o, Ukrayna əleyhinə və antisemitizm xarakterli yazılar dərc edib, Ukraynanın dövlətçiliyini inkar edib və Hitlerin metodlarını nümunə gətirərək güc tətbiq edən "təmizləmələrə" çağırıb. O, həmçinin terrorçu Girkinə dəstəyini ifadə edib.

    Vasilçenkov təqaüddə olan hərbçi idi və əvvəllər Pensiya Fonduna qarşı iddia qaldıraraq ödənişlərin artırılmasını qazanıb.
    Terrorçu 2004-cü ilə qədər Donetsk bölgəsində (254-cü Motoatıcı Diviziya, Dəstək Batalyonu) xidmət edib, sonra təqaüdə çıxıb. 2022-ci ildən sonra Ukrayna ordusuna qayıdıb.