XƏBƏRLƏR / Terror

İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər

Bu barədə İran mediası xəbər verir YENİLƏNİB

İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:05

    İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

    Bundan başqa, 22 nəfərin yaralandığı bildirilir.

    Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.

    ***

    12:52


    Zahidan şəhərində məhkəmə binasına edilən hücumda 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

    Hücumu həyata keçirənlərdən üç nəfər zərərsizləşdirilib.

    ***

    11:24


    İranın Sistan-Bəlucistan vilayətinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum edən silahlı şəxslərdən 3-ü zərərsizləşdirilib.

    Hücumçular əvvəlcə məhkəmə binasına, sonra isə ətrafdakı mülki insanlara hücum ediblər.

    Mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı haqqında hələlik məlumat verilməyib

    ***

    10:24

    Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.

    Bu barədə İran mediası xəbər verir.

    Terror aktına görə məsuliyyəti “Ceyş əl-Zalm” terror qruplaşması öz üzərinə götürüb.