XƏBƏRLƏR / Terror

Moskvada yüksək rütbəli hərbçinin maşını partladılıb FOTO

Rusiya mediası maşının general-leytenant rütbəsinə malik olan zabitə məxsus olduğunu yazır

Moskvada yüksək rütbəli hərbçinin maşını partladılıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçinin avtoobili partladılıb.

    Partlayıcı qurğu BMW X3 avtomobilinin sürüçü oturaçağı altında yerləşdirilib. Avtomobil hərəkətə başlayan kimi partlayış baş verib.

    Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.

    Rusiya təhlükəsizlik qüvvələri ilə sıx əlaqəsi olan Telegram kanalı Mash, avtomobilin şassisinə, arxa sərnişin oturacaqlarının yaxınlığında əldəqayırma partlayıcı qurğu yerləşdirildiyini bildirir. Müəlliflər qeyd edirlər ki, "səhər saat 5:30 radələrində sürücü maşını işə salıb yola düşüb - bir neçə saniyə sonra partlayış baş verib".

    VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

    Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.