XƏBƏRLƏR / Terror

İsraildə atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu barədə "Reuters" məlumat yayıb

İsraildə atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Reuters agentliyinin məlumatına görə, İsrailin mərkəzində terrorçuların açdığı atəş nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

    Atışmanın Koçav Yair məhəlləsindəki yanacaqdoldurma məntəqəsində baş verdiyi iddia edilir.

    Helikopter hücumun baş verdiyi əraziyə baxış keçirir. Yerli medianın məlumatına görə, axtarış zamanı silahlar tapılıb.

    İsrail polisinin məlumatına görə, atəş açan şübhəli zərərsizləşdirilib.