
Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan - Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb.
Qeyd olunub ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.