İsrail-İordaniya sərhədində terror aktı törədilib, 2 ölü
Bu haqda İsrailin 12-ci kanalı xəbər verir

Allenbi keçidində terror aktı törədilib: bir nəfərin öldüyü bildirilir.
İsrail və İordaniya sərhədində yerləşən Allenbi keçidində terror aktı törədilib. İki nəfər həlak olub.
Təhlükəsizlik mənbələrinə görə, hücum edən şəxs əvvəllər humanitar işlərlə məşğul olan İordaniya vətəndaşıdır.
İordaniya hökumətinin sözçüsü Əmmanın "sərhədin o biri tərəfindəki vəziyyətə nəzarət etdiyini" bildirdi və məlumat əldə olunduqca yenilikləri təqdim edəcəyinə söz verdi.