XƏBƏRLƏR / Terror

Türkiyə kəşfiyyatı HƏMAS-a İsrailin hücumu haqda xəbər verib

Bu barədə HƏMAS rəsmilərinə istinadən "Türkiye Gazetesi" xəbər yayıb

Türkiyə kəşfiyyatı HƏMAS-a İsrailin hücumu haqda xəbər verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə kəşfiyyatı Qətərdəki HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə xəbərdarlıq edib, - "Türkiyə Gazetesi" xəbər verir.


    “Qəzetimizə danışan HƏMAS rəsmiləri təhlükəsizlik protokollarının sərtləşdirildiyini və Türkiyə kəşfiyyatının (MİT) hücumdan əvvəl danışıqlar aparan tərəfləri xəbərdar etdiyini açıqladılar.

    Ankaranın İsrail təyyarələrini izləmək və Fələstin rəsmilərini məlumatlandırmaq üçün xüsusi qrupdan istifadə etməsi sui-qəsdin qarşısını almağa imkan verib”, - qəzet yazır.