Moskvada terror həyəcanına görə xəstəxana boşaldılıb
Partlayış təhlükəsi ilə əlaqədar 700 nəfər təxliyə edilib
"Krokus" terrorunun qurbanlarından bəzilərinin müalicə olunduğu Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzində partlayış təhlükəsi ilə əlaqədar 700 nəfər xəstə və və tibbi personal təxliyə edilib.
Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçtuna mümkün partlayışla bağlı məktub göndərilib. O, bir neçə mərtəbədə dörd kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu Əldəqayırma Partlayıcı Qurğu (ƏPQ) yerləşdirildiyi bildirilib.
İndi bütün insanlar binadan çıxarılıb, mərtəbələrə gələn kəşfiyyat xidmətləri tərəfindən baxış keçirilir.