Pakistanda 19 terrorçu məhv edilib, 11 əməkdaş həlak olub
Bu barədə “Geo TV” xəbər yayıb
Pakistanın Bəlucistan vilayətində terrorçulara qarşı əməliyyat keçirilib.
“Geo TV” nin xəbərinə görə, Pakistan təhlükəsizlik qüvvələrinin “Fitnə əl-Hindustan” qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 19 terrorçu məhv edilib.
Təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.
Məlumata görə, terroçular müəyyən bölgələrdə yerli sakinlərdən hədə-qorxu yolu ilə pul tələb ediblər.
Təhlükəsizlik mənbələri bildirib ki, əhalinin can və mal təhlükəsizliyi, eləcə də magistral yolların təhlükəsizliyi təmin olunacaq.
1 dəqiqədən az