XƏBƏRLƏR / Terror

Dağıstanda terrorçu şəbəkə administratoru saxlanılıb

Onun sözlərinə görə, Domodedovo, Krasnoyarsk, Orexovo-Zuyevo, Sankt-Peterburq, Lipetsk, Orenburq və Rusiyanın digər şəhərlərində terror aktları planlaşdırılıb

Dağıstanda terrorçu şəbəkə administratoru saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ən böyük beynəlxalq terror şəbəkəsi icmasının Dağıstanda saxlanılan idarəedicisi Rusiyanın 10 regionunda 15 terror aktının təşkilində iştirak edib.

    TASS xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

    "Saxlanılan şəxsin Rusiyanın 10 regionunda ən azı 15 terror hadisəsinin təşkilində iştirakı təsdiqlənib. Bütün icraçılar saxlanılıb, onların barəsində prosessual qərarlar qəbul edilib", - FTX-dən qeyd edilib.

    Saxlanılan şəxs terror şəbəkəsi icmasına cəlb olunmuş radikallara terror aktlarının və kütləvi qətllərin törədilməsi taktikasını öyrədib, əldəqayırma partlayıcı qurğuların hazırlanması və s. ilə bağlı təlimatlarla təmin edib.

    Həmçinin bildirilib ki, dağıstanlı yeniyetmənin administratoru olduğu terror şəbəkəsi icması və onun Ukraynadan olan kuratorları ABŞ və Avropa ölkələrində avtomobillərdə və kilsədə yanğınlar təşkil edib, bu terror aktlarını Ukraynanın xüsusi xidmət orqanlarının agentləri koordinasiya ediblər. 2025-2026-cı illərdə ABŞ-nin müxtəlif şəhərlərində və Avropa ölkələrində icma iştirakçıları tərəfindən 20-dən çox mülki avtomobil, xristian kilsəsi yandırılıb və ziyan vurulub.

    Bundan başqa, onlar təhsil müəssisələrinin və sosial obyektlərin minalanması barədə yalan mesajlar göndəriblər.