XƏBƏRLƏR / Hadisə

Türkiyədəki yanğında ölənlərin sayı 11-ə çatdı

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədəki yanğında ölənlərin sayı 11-ə çatdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:54

    Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbakır və Mardin vilayətləri arasında yerləşən əkin sahələrində yanğın baş verib.

    TRT xəbər verir ki, yanğın nəticəsində həyatını itirənlərin və zərər görənlərin sayı artıb.

    Yanğın zamanı 11 nəfərin həyatını itirdiyi, 78 nəfərin yaralandığı bildirilir.

    Yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir.

    ***

    09:26

    Türkiyənin Diyarbəkir və Mardin vilayətləri arasında yerləşən əkin sahələrində yanğın baş verib.

    Yanğın küləyin təsiri nəticəsində böyüyüb.

    Yanğın zamanı 5 nəfərin həyatını itirdiyi, 44 nəfərin yaralandığı bildirilir.

    Yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir.