ABŞ-da 160 metrlik tanker kruiz laynerinə çırpılıb FOTO
Bu barədə ABŞ mətbuatı xəbər verib
Missisipi çayında, Yeni Orlean (Luiziana, ABŞ) yaxınlığında asfalt daşıyan 160 metr uzunluğundakı "Atlantic Asphalt" tankeri səkkiz günlük kruiz səfərini başa vuran 90 metr uzunluğundakı "American Heritage" kruiz gəmisinə (American Cruise Lines) çırpılıb.

Gəmidə 129 sərnişin və heyət üzvü də daxil olmaqla 180 nəfər olub. Hamısı xilas edilb. Otuz iki nəfər xəstəxanalara yerləşdirilib. Bəziləri birbaşa sudan çıxarııb.

1 dəqiqədən az