XƏBƏRLƏR / Hadisə

6 saylı Cəzaçəkmə Müəssisəsində Yanğın Olub

Bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə açıqlama veriblər

6 saylı Cəzaçəkmə Müəssisəsində Yanğın Olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə açıqlamasına görə, çərşənbə axşamı saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin ərazisində yanğın baş verib.

    Bəyanata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə gəlib. Yanğın tez bir zamanda lokallaşdırılıb və tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başlanıb.

    Bəyanatda qeyd olunub ki, "Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkumların və şəxsi heyətin təhlükəsizliyini gücləndirmək və tam təmin etmək üçün lazımi tədbirlər görür".