Tbilisidə ticarət mərkəzindəki güclü yanğın söndürülüb
Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb

Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında bu gün səhər baş verən güclü yanğın söndürülüb.
Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Baş Yanğın və Xilasetmə Xidmətinin rəhbəri Levan Museliani bildirib ki, səhər saat 6 radələrində baş verən yanğının söndürülməsinə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası, eləcə də canlı qüvvə cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, yanğın ikinci mərtəbədəki ayaqqabı mağazasında başlayıb.
"Yanğınsöndürənlərin vaxtında reaksiyası sayəsində yanğını lokallaşdırmaq və söndürmək mümkün olub", - Museliani bildirib.