XƏBƏRLƏR / Hadisə

Qardabanidə dəhşətli avtoqəza olub, 7 gənc soydaşımız ölüb

Hadisə bu gün rayonun azerbaycanlılar yaşadığı Birlik kəndində qeydə alınıb FOTO

Qardabanidə dəhşətli avtoqəza olub, 7 gənc soydaşımız ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Gürcüstan mediası yazır.

    Hadisə bu gün rayonun Birlik kəndində qeydə alınıb.

    Məlumata görə, yüksək sürətlə hərəkət edən "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər ölüb (5-i yerində, 2-si xəstəxanada), daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölənlərin ikisi doğma qardaş olub.

    Gürcüstan Daxili işlər nazirliyinin sözlərinə görə, avtomobildə 8 nəfər olub.

    Onların hamısı azərbaycanlıdır.

    Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaqa başlayıb. Bu maddə yol hərəkəti və istismar qaydalarının pozulması nəticəsində insanların ölümünə səbəb olan halları nəzərdə tutur.

    Qəzada həyatını itirənlərin Yormuğanlı (Qaraçöp) bölgəsindən olan şəxslər olduğu iddia edilir.