XƏBƏRLƏR / Hadisə

Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər yaralanıb

FHN xəbər verir

Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

    APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

    "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

    Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.