XƏBƏRLƏR / Hadisə

Yağışlardan sonra Qala Divarlarının bir hissəsi uçub

Məlumat İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğundan verilib

Yağışlardan sonra Qala Divarlarının bir hissəsi uçub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğundan alınan məlumata görə, bu gün təxminən saat 5:00-da Kiçik Qala küçəsində, 13-14 nömrəli qüllələrin kəsişməsində tarixi Qala Divarının kiçik bir hissəsinin qismən uçması (eroziyası) qeydə alınıb.

    Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, ilkin ekspert qiymətləndirmələrinə görə, uçqunun əsas səbəbi son günlərdə aramsız yağıntıların yaratdığı rütubət, eləcə də təbii eroziya prosesləri olub.

    Hadisədən dərhal sonra Qoruq dərhal tədbir görüb: ərazi tam nəzarətə götürülüb və ictimai təhlükəsizliyin təmin edilməsi üçün lazımi profilaktik tədbirlər görülüb. Hazırda tarixi abidənin bu hissəsində hadisənin nəticələrinin aradan qaldırılması üçün işlərə başlanılıb.

    Tarixi irsin qorunması və ictimai təhlükəsizlik Qoruq üçün prioritet məsələlərdir və bu proses daim izlənilir.