XƏBƏRLƏR / Hadisə

Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib

Ölən var

Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

    Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

    Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb.