XƏBƏRLƏR / Hadisə

Paşinyan da aviaqəza ilə bağlı başsağlığı verdi

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİR

Paşinyan da aviaqəza ilə bağlı başsağlığı verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı veriblər.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Bolqarıstan Prezidenti Rumen Radev, Pakistanın Baş naziri Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan, Baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Kuba Prezidenti Migel Dias-Kanel, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Maldiv Respublikasının vitse-prezidenti Hüseyn Məhəmməd Lətif, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Albaniyanın Baş naziri Edi Rama, həmçinin Səudiyyə Ərəbistanı və Misir hökumətləri, bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

    Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da başsağlığı verib. 

    "Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm.

    Gündəlik həyatı yaşayan insanların başına gələn faciə kədərləndirməyə bilməz".