XƏBƏRLƏR / Hadisə

Mahaçqalada ölənlərin sayı 35-a çatıb, 105 yaralı var

 Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Mahaçqalada ölənlərin sayı 35-a çatıb, 105 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:58

    Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

    Rusiya mətbuatı xəbər verir ki, 100-dən çox yaralı var.

    ***

    10:20

    Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Onlardan 3-ü azyaşlıdır. 105 yaralı var.

    ***

    Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Onlardan 3-ü azyaşlıdır. 

     Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə nəticəsində 100 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

    Partlayışla bağlı Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə iş başlanılıb.

    Avqustun 15-də Dağıstanda Mahaçqalada fövqəladə hadisə zamanı həlak olanlar üçün matəm günü elan edilib. Bu barədə vilayət rəhbəri fərman imzalayıb.