Dağıstanda 3 yaşlı qız 9-cu mərtəbədən çölə çıxıb
Bu anda valideynlər evdə olmayıb
Dağıstanın Kaspiysk şəhərində bu gün səhər tezdən 9-cu mərtəbənin pəncərəsindən çölə çıxan 3 yaşlı qız xilas edilib.
Evdə böyüklərdən heç biri olmayıb. Mənzildə daha bir uşaq olub - yad adamların üzünə qapını açmaq istəməyən böyük qız sonda əmin olub, bacısını xilas edən polisi içəri buraxıb.
İndi polis vəziyyəti anlamağa çalışır və səhlənkar valideynləri axtarır.