XƏBƏRLƏR / Hadisə

Moskva yaxınlığında Su-57 5-ci nəsil qırıcısı qəzaya uğrayıb

Təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur

Moskva yaxınlığında Su-57 5-ci nəsil qırıcısı qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb.

    Rusiyanın "112" nəşrinin məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib.

    Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub.

    Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.

    Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.