XƏBƏRLƏR / Hadisə

Maştağada iki uşaq faciəli şəkildə həlak olub

Bu barədə FHN məlumat yayıb

Maştağada iki uşaq faciəli şəkildə həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Maştağa kəndində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

    Daxil olan məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. 2013-cü il təvəllüdlü iki uşağın dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşdüyü məlum olub. Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Sabunçu rayon prokurorluğundan bildirilib ki, 2 azyaşlının meyitinin tapılması ilə bağlı araşdırma aparılır. İlkin araşdırma zamanı azyaşlının bədənində hər hansı xəsarət aşkar edilməyib. Zərərçəkmişlərin ölüm səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri tədbirlər görülüb.

    Faktla bağlı araşdırmalar davam edir.