Pakistanda yas mərasimində bədbəxt hadisə: 8 ölü, 15 yaralı
Mərasim zamanı daşınan bayraq dirəyi yüksəkgərginlikli elektrik xəttinə toxunub
Pakistanın Sind əyalətində yas mərasimi zamanı elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həlak olub, 15-dən çox insan yaralanıb.
"Sinxua" agentliyi xəbər verir ki, mərasim zamanı daşınan bayraq dirəyi yüksəkgərginlikli elektrik xəttinə toxunub və onu daşıyan şəxsləri elektrik cərəyanı vurub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
1 dəqiqədən az