XƏBƏRLƏR / Hadisə

Bakı-Tbilisi-Qars dəmir yolununda təmir qatarı aşıb

Qatarda olan Azərbaycan vətəndaşları arasında ölən və yaralananlar var

Bakı-Tbilisi-Qars dəmir yolununda təmir qatarı aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstanın Tsalka bölgəsindən keçən hissəsində təmir qatarı relsdən çıxıb.

    Dünən baş verən qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananların Azərbaycan vətəndaşları olduğu bildirilir.

    Dəmir yolu xəttinin göstərilən hissəsində tikinti işlərinin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparıldığı da bildirilir.