Moskvanın mərkəzində yol polisi partladılıb, 2 ölü YENİLƏNİB
Daha iki polis zabiti xəsarət alaraq xəstəxanaya aparılıb
13:07
Savyolovski vağzalında baş verən partlayışla bağlı iki versiya araşdırılır.
Bir ehtimala görə, intiharçı avtomobilə yaxınlaşaraq onu partlatmışdır.
Digər bir versiyaya görə, o, avtomobilin altına partlayıcı qurğu ataraq qaçmışdır.
Partlayış nəticəsində polis leytenantı, yol polisi əməkdaşı həlak olmuş, həmkarı isə yaralanmışdır.
"Bombaçı"nın özünün də öldüyü xəbər verilir.

***
10:17
Gecə Moskvada Savelovski vağzalının önündə olan meydanda yol polisi maşınının yaxınlığında partlayış baş verib.
Məlumata görə, naməlum şəxs Şimal-Şərq Rayon Polis İdarəsinin yol polisi əməkdaşları maşınlarında patrul xidmətində olarkən onlara yaxınlaşıb. Daha sonra naməlum qurğu partlayıb.
Partlayış nəticəsində 34 yaşlı baş polis leytenantı Denis Bratuşçenko ölüb, digər iki zabit isə xəsarət alaraq xəstəxanaya aparılıb. "Bombaçı"nın özü də ölüb.
1 dəqiqə