XƏBƏRLƏR / Hadisə

Bakıda gömrük terminalının dayanacağında meyit tapılıb

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib

Bakıda gömrük terminalının dayanacağında meyit tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda gömrük terminalında meyit tapılıb.

    Hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

    Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

    Araşdırma aparılır.