XƏBƏRLƏR / Hadisə

Ələt-Astara yolunda FHN əməkdaşlarını maşın vurdu, ölən var

Faktla bağlı araşdırma aparılır.

Ələt-Astara yolunda FHN əməkdaşlarını maşın vurdu, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə saat 06:00 radələrində baş verib.

    Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün köməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşını yük maşını vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.

    Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

    Faktla bağlı araşdırma aparılır.