![Təbrizdə güclü partlayış: Ölənlər var FOTO](/uploads/images/2023/03/rs/image_750x_640d744ac0cca-750-1080-resize.webp)
Martın 12-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış baş verib.
"Mehr" xəbər agentliyinin məlumatına görə, partlayış nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. 1 nəfər dağıntılar altından çıxarılıb.
Şərqi Azərbaycan Fövqəladə Hallar Departamenti üç yaşayış binasının tamamilə dağıldığını bildirib.