Hematologiya Mərkəzində faciəvi hadisə
Baş Prokurorluq faktla bağlı zəruri araşdırmalar aparılır
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin pasienti, 20 yaşlı Gülşən Abbaslı bu gün bu Mərkəzin 4-cü mərtəbəsindən özünü atıb.
Qız ağır xəsarətlərlə Şəhər Kliniki Tibb Mərkəzinə aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Gülşən Abbaslı Bakıdakı ali məktəblərdən birinin tələbəsi idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi və Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırdı.
Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a bildiriblər ki, faktla bağlı zəruri araşdırmalar aparılır.