XƏBƏRLƏR / Hadisə

Bakının mərkəzində binada yanğın söndürülüb FOTO

Uşaq bağçasından 41 azyaşlı təxliyə edilib

Bakının mərkəzində binada yanğın söndürülüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın söndürülüb.

    FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən yanğının qarşısı alınıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.