Türkiyədə Azərbaycan vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb.
Bu barədə NTV məlumat yayıb.
Hadisə Isparta vilayətinin Şarkikaraağaç rayonunda qeydə alınıb.
Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində biri uşaq olmaqla dörd nəfər ölüb, üçü isə yaralanıb.
Qəza nəticəsində yük maşınınında olan Azərbaycan vətəndaşları Semira R., Zilan K. və Mustafa Əli E. yaxınlıqdakı xəstəxanalara aparılıb.
Həkimlərin səyinə baxmayaraq, Semira R. ölüb.