XƏBƏRLƏR / Hadisə

Molla rejimi partlayışda qurban sayını azaltmağa qərar verdi

Daxili İşlər Nazirliyi rəqəmlərə niyə yenidən baxıldığını açıqlamayıb

Molla rejimi partlayışda qurban sayını azaltmağa qərar verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran hakimiyyəti Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayına yenidən baxıb: yenilənmiş məlumata görə, 84 nəfər həlak olub, EFE agentliyi xəbər verir.

    Bu məlumatı İranın daxili işlər naziri Əhməd Vahidi açıqlayıb.

    O, həmçinin bildirib ki, 284 nəfər xəsarət alıb, onlardan 220 nəfəri xəstəxanaya yerləşdirilib. Bəzi xəstələrin vəziyyəti ağırdır.

    İlkin olaraq səlahiyyətlilər 103 nəfərin öldüyünü və 211 nəfərin yaralandığını bildiriblər.

    Nazir səlahiyyətlilərin bu rəqəmlərə niyə yenidən baxdığını açıqlamayıb.