Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.
Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.
Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib. Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.
Müdafiə Nazirliyi bildirib ki, yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu
və Axundov Səxavət Fərasət oğlu
həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.