Bakıda fərdi yaşayış evində partlayış olub VİDEO

FHN xəbər verir YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:28

    Ötən gün saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

    Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən bir şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

    ***

    09:14

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

    Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.