Ermənistanda dörd veteran maşında diri-diri yanıb FOTO
Bu barədə Ermənistan mediası xəbər verib
Ermənistanda dörd nəfər maşında diri-diri yanıb - news.am

İrəvan-Meğri yolunun 56-cı kilometrliyində, Ararat rayonunun Surenavan kəndi yaxınlığında “Nissan Rogue” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq daşa çırpılaraq yanıb. Hadisə yerinə gələn xilasedicilər yanmış avtomobilin içərisindən 4 nəfərin meyitini aşkar ediblər.
Məlum olub ki, yanğın avtomobilin içərisində bir göz qırpımında başlayıb, çünki maşının çöl tərəfi o qədər də yanmayıb. Polis avtomobilin içində tezalışan maddənin olduğunu güman edir. Bu da evdəqayırma spirtli içki olduğu ehtimal edilir.

Ermənistan mediasının məlumatına görə, qurbanlar "Yerkrapa" terror veteran qruplaşmasının üzvləri olub və Azərbaycana qarşı müharibələrdə vuruşublar.
1 dəqiqədən az