İstanbulda 7 mərtəbəli bina çöküb VİDEO
Dağıntılar altından iki nəfərin meyiti çıxarılıb
12:36
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Məlumata görə, hazırda iki nəfərin axatrışları davam edir.
***
11:51
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.
***
10:07
İstanbulun Maltəpə səmtində yeddi mərtəbəli binanın üç mərtəbəsi uçub.
VİDEO
Hadisə yerinə çoxsaylı axtarış-xilasetmə qrupları göndərilib.
Anadolu Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
Hadisə yerinə baxış keçirən İstanbul valisi Gül bildirib ki, dağıntılar altında yeddi vətəndaş var; onlardan dördü ilə əlaqə saxlanılıb. Qalan üçü üçün axtarış-xilasetmə işləri davam edir".
1 dəqiqə