Naxçıvanda iki türkiyəli tələbə dəm qazından boğulub
Həlak olanlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. Həlak olanlar Türkiyə vətəndaşları və Naxçıvan Dövlət Universitetinin tələbələri olub.
Həlak olanlar tibb fakültəsinin ikinci kurs tələbəsi Büşra Aksu və baytarlıq fakültəsinin birinci kurs tələbəsi Ahmet Kavak olub.
Hadisə Nizami küçəsi 61 ünvanında baş verib. Hadisənin baş vermə səbəbləri araşdırılır. (haqqın.az)
1 dəqiqədən az