XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus yük maşını ilə toqquşub

19 nəfər xəsarət alıb

Türkiyədə avtobus yük maşını ilə toqquşub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulda, Şimali Mərmərə şossesində şəhərlərarası avtobus yük maşınına çırpılıb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Qəza nəticəsində 19 nəfər xəsarət alıb.

    Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və təcili tibbi yardım briqadaları cəlb edilib.

    Qəza səbəbindən magistralda nəqliyyatın hərəkəti birtərəfli bağlanıb.