15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər
Bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib
“Bakı iradə göstərsə, 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər” (Azərbaycanın 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə İrəvanın yalnız noyabrın 21-də cavab verməsinə baxmayaraq), - deyə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Deyə bilərik ki, biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatları açıqlamaq istəmirəm”.
A.Simonyan həmçinin əlavə edib: "Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar".
Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisindəki evlərinə qayıdacaqlar, həmçinin, bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”, - deyə Simonyan bildirib.
Sülh müqaviləsində belə bir bəndin olub-olmaması ilə bağlı suala Simonyan belə bir bəndin fərqinə varmadığını bildirib.
“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s.-ə əsaslanır”, - deyə spiker vurğulayıb.