XƏBƏRLƏR / Qonşular

Paşinyan 20 günlük məzuniyyətə çıxır

Bu barədə Ermənistan mediası məlumat yayıb

Paşinyan 20 günlük məzuniyyətə çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq.

    Bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb.

    İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək.

    Qeyd edək ki, Nikol Paşinyan may ayında Ermənistanda iyunun 7-də baş tutmuş parlament seçkiləri ilə əlaqədar artıq məzuniyyətdə idi.