Reuters: İran uranın zənginləşdirməsini davam edir
MAQATE-nin baş direktoru Rafael Qrossi bununla bağlı narahatlığını bildirib
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Fordodakı nüvə obyektindəki fəaliyyətlərin Tehranın öhdəliklərinə zidd olduğunu bildirib. Bu barədə çərşənbə günü təşkilatın hesabatına istinadən Reuters agentliyi məlumat yayıb.
“MAQATE-nin baş direktoru Rafael Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq etmədən yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı Fordo yanacaq zənginləşdirmə zavodunun dizaynı ilə bağlı məlumatda əhəmiyyətli dəyişikliklər etməsindən narahatdır”, - deyə Reuters agentliyi təşkilatın bəyanatından sitat gətirir.
Xüsusilə, MAQATE-nin Fordo nüvə obyektində qəfil təftişi uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki şəlaləsi arasında əlaqədə elan olunmamış dəyişiklik aşkar edib.
MAQATE-nin yoxlamalar üçün Fordo nüvə obyektinə müntəzəm çıxışı var və bu fəaliyyəti gücləndirmək üçün Tehranla danışıqlar aparır, Reuters xəbər verir.
Roxot reklamı
Noyabrın 22-də ISNA agentliyi İranın IR-6 sentrifuqalarından istifadə edərək Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə başladığını bildirib.