XƏBƏRLƏR / Qonşular

Rusiyanın Novokuznetsk şəhərində yeni doğulmuş 9 körpə ölüb

Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində yoxlamalar aparılır YENİLƏNİB

Rusiyanın Novokuznetsk şəhərində yeni doğulmuş 9 körpə ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:46

    Yanvar ayında Yeni il bayramları zamanı Rusiyanın Novokuznetsk şəhərinin 1 nömrəli doğum evində vəfat edən körpələrə ağır bətndaxili infeksiya diaqnozu qoyulub.

    Bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    ***

    12:26

    Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində doğum evində Yeni il bayramı zamanı yeni doğulmuş 9 körpə ölüb.

    Bu barədə TASS məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı xəstəxana stasionar respirator infeksiya ilə bağlı karantin rejimində olub.

    Kuzbass Səhiyyə Nazirliyi doğum evindəki hadisəni təsdiqləyib. Həmçinin, bölgə üzrə araşdırmalar başlanıb. Kemerovo vilayəti üzrə İstintaq Komitəsi, regional prokurorluq və Rusiya Səhiyyə Nəzarəti xidmətləri faktları araşdırır. İstintaq çərçivəsində Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə ilkin araşdırma aparılır.