Azərbaycan-İran birgə komissiyasının həmsədrləri danışıb
Şahin Mustafayev və Mehrdad Bazarpaş telefonla Şimal-Cənub Nəqliyyat Dəhlizini müzakirə ediblər
Azərbaycan-İran birgə komissiyasının həmsədrləri - Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub.
Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ən qısa zamanda tamamlanacağına və həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib və iranlı naziri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.