XƏBƏRLƏR / Qonşular

İranlı nazirin təyyarəsi Zəngilan hava limanına eniş edib

Şəhərsalma naziri Mehrdad Bezrpaşı Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb FOTO

İranlı nazirin təyyarəsi Zəngilan hava limanına eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yol və şəhərsalma naziri Mehrdad Bezrpaş Azərbaycanın Zəngilan rayonuna səfərə gəlib. Burada onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb.

    Əvvəlcə iranlı qonağa bu yaxınlarda istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı barədə məlumat verilib.

    Sonra ikitərəfli görüş baş tutub. Baş nazirin müavini Şahin Mustafayev Bəzrpaşa Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Zəngilanda aparılan tikinti-bərpa işləri, Şərqi Zəngəzur ərazisində yaradılan yeni nəqliyyat infrastrukturu barədə məlumat verib.