İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
Görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub

Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.
Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib.
Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.